Ən yaxşı kameraya sahib telefonlar - SİYAHI
Bu gün, 12:34

Məşhur texnologiya test platforması "DxOMark" 2025-ci il üzrə ən yaxşı kameralı smartfonların siyahısını açıqlayıb. Reytinq cihazların foto və video performansına əsasən hazırlanıb.
Valyuta.az xəbər verir ki, "DxOMark"un testlərinə görə "vivo"nun bu ilin yazında təqdim etdiyi flaqman modeli X200 Ultra fotoşəkil çəkmə üzrə dünyanın ən yaxşı telefonu seçilib. Cihaz ümumi kamera performansına görə ikinci, yalnız foto çəkmə sahəsində isə birinci yerə layiq görülüb.
"vivo X200 Ultra" modeli kamera testlərində 167 bal toplayaraq "qızıl" sinifə daxil olub. Foto keyfiyyəti üzrə əldə etdiyi nəticələr isə belədir:
Ümumi foto balı: 173
Ana kamera: 174
Bokeh effekti: 175 (dünyanın ən yaxşısı)
Ultra geniş bucaq: 169 (dünyanın ən yaxşısı)
Telefoto: 167 (dünyanın ən yaxşısı)
Video bölməsində cihaz 156 bal alıb. Bu nəticə "OPPO Find X8 Ultra" modelindən bir qədər geri qalmasına səbəb olub.
Cihazın kamera quruluşu:
50 MP əsas kamera (35 mm, f/1.7)
200 MP telefoto kamera (85 mm, f/2.3)
50 MP ultra geniş bucaqlı kamera (14 mm, f/2.0)
"DxOMark" reytinqinə əsasən 2025-ci ilin ən yaxşı 5 kameralı telefonu:
