Ukrayna Rusiyaya qarşı Sovet tankları ilə döyüşəcək - ABŞ kömək edəcək

2-04-2022, 10:20           
Ukrayna Rusiyaya qarşı Sovet tankları ilə döyüşəcək - ABŞ kömək edəcək
ABŞ Sovet istehsalı olan tankların Ukraynaya verilməsi prosesində vasitəçi qismində çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasında olan mənbəyə istinadən “The New York Times” qəzeti yayıb.

Məlumata görə, bunda məqsəd Donbassda Ukrayna Silahlı Qüvvələrinin imkanlarının gücləndirilməsidir.

Qəzet yazır ki, ABŞ münaqişə zamanı ilk dəfə bu prosesdə vasitəçi olaraq iştirak edəcək və Sovet tanklarının Ukraynaya göndərilməsi tezliklə başlamalıdır.

Bununla belə, qəzet Ukraynaya neçə ədəd texnika göndəriləcəyini, eləcə də Kiyevə tankların göndərilməsində hansı ölkələrin iştirak edəcəyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru