ABŞ Rusiyada hakimiyyət dəyişikliyində maraqlı deyil - Kamala Harris

2-04-2022, 12:29           
ABŞ Rusiyada hakimiyyət dəyişikliyində maraqlı deyil - Kamala Harris
"ABŞ Rusiya Federasiyasındakı hakimiyyəti dəyişməkdə maraqlı deyil, çünki bu Vaşinqtonun yürütdüyü siyasət deyil".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı ABŞ-ın vitse-prezidenti Kamala Harris edib.

Qeyd edək ki, Avropaya səfərini ötən həftə Varşavada baş tutan çıxışı ilə yekunlaşdıran ABŞ prezidenti Co Bayden Ukraynada heç vaxt Rusiyanın qələbə qazanmayacağını və Rusiya liderinin hakimiyyətdə qala bilməyəcəyini deyib. Baydenin bu açıqlamasına öz növbəsində cavab verən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, dövlətə kimin rəhbərlik edəcəyinə Bayden yox, Rusiya xalqı qərar verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru