"ABŞ Pakistanda çevriliş planlayır" - İmran Xan 3-04-2022, 00:01 "Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir".Redaktor.az xəbər verir ki, bunu sabah keçiriləcək etimadsızlıq səsverməsindən əvvəl Pakistanın Baş naziri İmran Xan deyib.Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib.O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və “ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını” bildirib."Planlarımız var. Mənim qərarım yeni seçkiyə getməkdir", - deyə İmran Xan vurğulayıb.Qeyd edək ki, sabah Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimad səsverməsi keçiriləcək. Facebook-da paylaş