"Olmaq lazım olduğu yerdəyəm..." -Ukraynanın birinci xanımı...-VİDEO

27-06-2022, 10:55           
"Olmaq lazım olduğu yerdəyəm..." -Ukraynanın birinci xanımı...-VİDEO
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Fransanın “France 5” telekanalına müsahibəsində müharibə başlayandan sonra Ukraynanı tərk etmək fikrinin yaranıb-yaranmadığı haqda sualı cavablandırıb.

Moderator.az "GORDON"a istinadla xəbər verir ki, müsahibənin video-yazısı Prezident Ofisininn "YouTube" kanalında təqdim olunub.

“Ukraynanı tərk etmək barədə heç düşünmüsünüzmü?" - deyə fransalı jurnalist Ukrayna prezidentinin həyat yoldaşına sual verib.

"Bu, mənim ölçülüb-biçilmiş qərarım oldu. Ukraynanı tərk etmək istəyim yox idi. Vətəndən və ərimdən uzaq olmaq istəyim yox idi. Həftələrlə bir-birimizi görə bilməsək də, özümü hələ də yaxın hiss edirəm. Dəstəyimi göndərə bilirəm" - Zelenskinin xanımı belə deyib.

Zelenskayanın sözlərinə görə, Ukraynada baş verənlərə uzaqdan baxmaq daha çətindir.

"Burada olmaq mənim üçün emosional olaraq daha asandır. Olmaq istədiyim yerdəyəm. Və olmaq lazım olduğu yerdəyəm. Düşünürəm ki, bu, məni daha rahatlandırır", - deyə Ukraynanın birinci xanımı yekunlaşdırıb.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.