İranda neft hasilatının həcmi sutkada 3,7 mln barelə çatıb

6-05-2016, 10:26           

İranda neft hasilatının həcmi sutkada 3,7 mln barelə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Ruhnəddin Cavadi bildirib.

“İranda hasil olunan xam neftin həcmi sutkada 3,7 mln barelə çatıb və tezliklə 3,8 mln barelə çatdırılacaq”, deyə Cavadi bildirib.

Onun sözlərinə görə, İran 1-2 aydan sonra – neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə, yəni sutkada 4 mln barel səviyyəsinə çatdırıldıqdan sonra OPEK-in kvotalaşdırılma siyasətinə qoşulmağa hazır olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru