Kreml Rusiyadakı qeyri-ruslara qarşı eyni səxavəti göstərərmi? - Ruslar rəsmən sərsəmləyir

6-05-2016, 17:25           

“Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ məsələsi istisnasız olaraq danışıqlar yolu ilə həll olunmalıdır”.

DİA.AZ xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, problem siyasi-diplomatik yolla həllini tapmalıdır: “Bir daha xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri arasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2009-2013-cü illər ərzində qəbul etdikləri bəyanatları da var ki, həmin bəyanatlarda Dağlıq Qarabağın statusunun hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə (referendum – APA.) əsasında müəyyənləşdirilməsi öz əksini tapıb. Biz öz tərəfimizdən vasitəçi kimi digər həmsədr ölkələrlə birlikdə tərəflərə bu məqsədi həyata keçirmək üçün bütün lazımı köməyi edəcəyimizə hazır olduğumuzu təsdiq edirik”.

M. Zaxarova onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi daim Rusiya Xarici İşlər Nazirliyinin gündəliyində dayanır.

Bəli, göründüyü kimi, Rusiya yenə də ənənəvi - məkrli ampluasındadır. Yəni belə çıxır ki, ruslar Qarabağ münaqişəsinin yeganə həlli yolu kimi məhz özünüifadəetməni görürlər.

Olsun, biz də razıyıq. Amma ilk növbədə Dağlıq Qarabağda yaşayan tarixi aborigenlər - Azərbaycan türkləri də öz yerlərinə qayıtmalıdırlar. Yən referendum dedikləri nəsnə təkcə Qarabağa soxulmuş və əslində referenduma qatılmaları üçün heç bir tarixi və hüquqi statusu olmayan ermənilər qatıla bilməz. Yəni onların iradələri ilə həll olunan məsələ deyil bu problem.

Bundan əlavə, burada əsas diuqqətçəkəni Rusiyanın inad etdiyi məqamdır:öz iradəsini ifadəetmə...

Rusiya bu qədər azadlıqsevərdirsə bu gün "Rusiya" adlanan bataqlıqda boğulan digər xalqlara nədən bu haqqı tanımır?

Hələ də 30 milyonluq tatar türkün öz dövləti mövcud deyil. Çeçenlər bu azadlıq üçün varlıqlarını belə şühə altında qoydular. Zamanında kalmıklar da müstəqilliyə qalxdılar. Eləcə də digər Rusiyada yaşayan xalqlar... Kreml eyni haqqı nədən onlara tanımır ki?

Təbii ki, rəsmi Bakı üşün bir nömrəli məsələ Qarabağın işğaldan azad olmasıdır. Buna qədərsə bu dəli Rusiya sərsəmləyə bilər. Necə ki sərsəmləyir də...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.