Mixail Saakaşvili Ukrayna prezidentini təhdid edib

6-05-2016, 22:07           
Mixail Saakaşvili Ukrayna prezidentini təhdid edib
O, odessalılarla birlikdə prokurorluğa girişin qarşısını kəsəcəyinə söz verib
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu cinayətkar Baş Prokurorluq şəhərə öz adamını təyin etməyə çalışacağı təqdirdə, prokurorluğa girişin qarşısını kəsəcəyi ilə bağlı təhdid edib.
“Report” xəbər verir ki, M.Saakaşvili bu barədə “Facebook” səhifəsində yazıb.
O, P.Poroşenko ilə son görüşündə prezidentin bütün ictimaiyyətin inamını qazanan prokurorun təyinatına yardım etməyə çalışacağını qeyd edib. M.Saakaşvili söz verib ki, əks təqdirdə, o, odessalılarla birlikdə prokurorluğa girişin qarşısını kəsəcək: “Stoyanovla bağlı haldakı kimi, Odessa prokurorluğunun cinayət-korrupsiya klanının nəzarəti altına düşməsinə imkan vermərəm”.
Qeyd edək ki, Odessa vilayətinin keçmiş prokuroru Nikolay Stoyanov aprelin 15-də vəzifəsindən azad edilib. Onun istefası lüstrasiya qanunu (qurban verməklə təmizləmə) çərçivəsində həyata keçirilib.
Buna qədər aprelin 11-də M.Saakaşvili N.Stoyanovu “separatçı və oliqarxların quyruqbulayanı” adlandıraraq onun Odessa vilayətinin baş prokuroru vəzifəsindən azad edilməsini tələb etmişdi. Ölkə prezidenti Pyotr Poroşenko da bu tələbə dəstək verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.