ABŞ hərbi təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşıb

10-05-2016, 14:15           
ABŞ hərbi təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşıb
Hərbi təyyarələrin hərəkətini izləyən aviasiya portallarının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarına məxsus RC-135W hərbi təyyarəsi Böyük Britaniya ərazisindəki bazadan havaya qalxaraq, təxminən 2 saat ərzində Rusiyanın Kalininqrad vilayətinin sahil zonasına yaxın ərazidə müşahidə uçuşu aparacaq.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən portalların məlumatına əsasən, CAMUS47 çağırışına cavab verən 62-4131 göyərtə nömrəli RC-135W təyyarəsi Baltik dənizinin cənub hissəsində uçuş həyata keçirir.

Kəşfiyyatçı təyyarə 10 saat ərzində müşahidə uçuşu həyata keçirəcək ki, bunun da 2 saatını bilavasitə Rusiya sərhədlərinə yaxın ərazidə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru