Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...

Bu gün, 00:01           
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Vəzifə təyinatı ilə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.
Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhərində baş verib.
İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs vətəndaşlardan birini Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək, bunun müqabilində ondan 20 000 manat pul alıb. Lakin o, vədinə əməl etməyib.
Təqsirləndirilən şəxs bundan başqa 3 nəfərə qarşı da dələduzluq cinayəti törədib. Ona qarşı həmçinin oğurluq itihamı irəli sürülüb.
Cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 6 ay 3 gün azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru