Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?

Bu gün, 16:56           
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Azərbaycanda internetlə bağlı ciddi çətinliklər müşahidə olunur.

Musavat.com xəbər verir ki, problem həm stasionar provayderlərdə, həm də mobil operatorların şəbəkəsində özünü göstərir.

İstifadəçilərin bir qismi sosial şəbəkələrə məhdud şəkildə daxil ola bilsə də, çoxları ümumiyyətlə heç bir internet resursuna qoşula bilmir. Bəzi abunəçilər sürətin kəskin şəkildə zəiflədiyini, digərləri isə tamamilə əlaqənin kəsildiyini bildirirlər.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Sosial mediada isə internetin bərpası ilə bağlı müxtəlif müzakirələr aparılır və istifadəçilər qarşılaşdıqları çətinlikləri paylaşırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru