Suriyada öldürülən İran generalları kimlərdir?

10-05-2016, 22:43           

2013-cü ilin fevral ayından bəri Suriyada 11 İran generalı öldürüldü.

Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, sonuncu dəfə Hələbin Hantuman bölgəsində general Cavad Durbun həlak olub.

Media bundan öncə ölən generallardan bir neçəsinin adını da açıqlayıb. Bildirilir ki, Dəməşq, Hələb və Kuneytra bölgələrində Həsən Şateri, Məhəmməd Camalzadə, Abdullah İsgəndəri, Cabbar Dərisavi, Möhsin Qacarian və Əli Allahdadi adlı generallar hərbi əməliyyatlar zamanı öldürülüb.

Qeyd edək ki, Rusiyanın Suriyadan əsas qüvvələrini geri çəkməklə bağlı qərarından sonra İran xüsusi təyinatlılarını bu ölkəyə göndərməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru