İrəvanın təhlükəli oyunlarına diqqət yetirilməlidir - İsrail
10-05-2016, 22:44
İsraildə çıxan populyar “The Jerusalem Post” nəşrində İsrail Tədqiqat İnstitutunun beynəlxalq kommunikasiyalar üzrə direktoru Mayana Yaffe-Hoffmanın məqaləsində Ermənistan parlamentinin deputatı, bu ölkənin keçmiş baş naziri Qrant Baqratyanın gələcəkdə qonşu Türkiyə və Azərbaycandan “hücum və təcavüzün”ün qarşısını almaq üçün Ermənistanın nüvə silahı yaratması barədə çağırışını şərh edib.
AzərTac xəbər verir ki, “isp-ngo.com” saytına istinadla xəbər verir ki, məqalə müəllifinin fikrincə, belə bəyanatları diqqətsiz qoymaq olmaz. Baqratyanın bəyanatından bir neçə gün əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti silah uranı-238-i təqribən 200 milyon dollara qanunsuz satmaq cəhdinə görə 3 Ermənistan və 3 Gürcüstan vətəndaşını həbs edib. Özü də bu, ilk həbs deyil. Qonşu Gürcüstana uran keçirərkən həbs olunan ermənilərin sayı son 2 ildə artıb. Bu da ABŞ-ın və digər ölkələrin nüvə silahının yayılmaması sahəsində ekspertlərinin narahatlığına səbəb olur. Dənizə çıxışı olmayan ermənilər nüvə materiallarını Yaxın Şərqə və digər ərazilərə ötürmək üçün Qara dəniz limanlarına yol tapmaqdan ötrü Gürcüstandan istifadə edirlər.
Məqalə müəllifi xatırladır ki, Azərbaycan ilə Ermənistan arasında münaqişə 1980-ci illərin sonunda başlayıb, 1991-ci ildə Sovet İttifaqı dağılan kimi irimiqyaslı müharibəyə çevrilib. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanana qədər 30 mindən çox adam qətlə yetirilib.
O vaxtdan etibarən ATƏT-in Minsk qrupu arabir münaqişənin dayandırılmasına dair həvəssiz və səmərəsiz addımlar atır.
Qrupun həmsədrləri Fransa, Rusiya və Birləşmiş Ştatlardır. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək niyyətindədirlər. İki tərəf arasında vaxtaşırı döyüşlər qızışır. Lap bu yaxınlarda - aprelin əvvəllərində Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan mövqelərindən artilleriya silahlarından atəşə tutulub.
ATƏT-in Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.