Ermənistanda qalmaqal - generalın 800 milyonluq sərvəti üzə çıxdı

12-05-2016, 12:45           
Ermənistanda qalmaqal - generalın 800 milyonluq sərvəti üzə çıxdı
Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin sabiq rəisi, general-mayor Mihran Poghosyan Londonun mərkəzində bina alıb.

AzVision.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, bina kirayəyə verilib və öz sahibinə kifayət qədər böyük məbləğdə gəlir gətirir.

“Bildiyimiz kimi, Londonda əmlakın qiyməti, onun icarəsi astronomik məbləğə çatır. Məlumatlara görə, Ermənistan rəhbərliyi offşor qalmaqalından onun adını “quru” çıxartmaq bu binanı ondan almaq istəyir. Yayılan xəbərlərə əsasən, Mihran Poghosyanın aktivləri – şirkətləri, əmlakı, maliyyə vəsaitlərinin ümumi dəyərinin 800 milyon dollar olduğu bildirilir”, - deyə “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

KİV xəbər verir ki, erməni generalın 800 milyon dollarlıq sərvətinin ortaya çıxması Ermənistan hakimiyyəti ilə xalq arasında etirazların alovlanmasına səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru