Erməni `podpolkovniki` Azərbaycan “Harop”unun zərbəsindən danışdı - VİDEO
13-05-2016, 11:57
Aprel ayının əvvəllərində Dağlıq Qarabağda döyüşlərdə yaralanan erməni ordusunun 47 yaşlı polkovnik-leytenant Gevorq Azoyan Azərbaycanın “Harop” dron-kamikadzesinin onlara vurduğu zərbədən danışıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Azoyanın sözlərinə görə, o və digər muzdlular – birinci müharibənin iştirakçıları Azərbaycanın silahlı qüvvələri ilə döyüşmək üçün cəbhəyə gedirdilər.
Talış kəndində muzdlulara hücum edən pilotsuz həmin gün Azoyanın doqquz dostunu öldürüb, onun özü isə xəstəxanaya yerləşdirilib.
“Əksəriyyət onların başı üzərində şəkil çəkən adi pilotsuzun uçduğunu düşünürdü, ona görə də onun düşməsindən sonra baş verən partlayış və yanğın onlar üçün gözlənilməz olub. Bir neçə nəfər hadisə yerində öldü. Qalanları xəstəxanaya aparılan zaman və ya xəstəxanada dünyasını dəyişdi”, - Azoyan deyib.
Yaralanan işğalçının özü yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, dron-kamikadzenin hücumu nəticəsində yaralanan daha iki işğalçı xəstəxanada ölüb.
Beləliklə də bir dəqiq zərbə ilə Azərbaycan ordusu düşmən ordunun doqquz muzdlusunu məhv edib.