“Qarabağ onlar üçün ölüm yeri olacaq” - Donbasdan gələn ruslara cavab

20-05-2016, 22:29           
“Qarabağ onlar üçün ölüm yeri olacaq” - Donbasdan gələn ruslara cavab
Ukrayna Ali Radasının deputatı Dmitri Timçuk 300-ə qədər Donbas separatçısının Qarabağa göndərilmək ərəfəsində olduğunu, bu məqsədlə onların Rusiya hərbi yetkililərinin nəzarəti altında təlimlərə cəlb edildiyini bildirib.
Bu informasiya Azərbaycan cəmiyyətində müəyyən narahatlığa səbəb olub.
Donbas separatçılarının Qarabağa gəlişi ilə bağlı səslənən iddiaların araşdırılmasına ehtiyac varmı? Azərbaycan tərəfi bu gəlişi önləmək üçün hansısa qabaqlayıcı addımlar atmalıdırmı?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu məsələnin araşdırılmasının vacib olduğunu vurğuladı:
“Təbii ki, bu məsələni araşdırmağa ehtiyac var. Əgər Donbasa çeçenlərdən ibarət “ölüm batalyonu” göndərilirsə, Donbasdan Qarabağa başkəsənlərin göndərilməsi inandırıcı görünə bilər. Ən azından Azərbaycanın hakimiyyət orqanları bu məsələni ciddi surətdə araşdırmalıdır. Son dövrlər Rusiya Ermənistanla münasibətləri yumşaltmaq üçün bütün vasitələrə əl atır. Bu məsələlər yoxlanılmalıdır. Doğrudur, bu barədə səslənən fikirlər dezinformasiya da ola bilər. Hər halda 300 nəfər Azərbaycan üçün elə də qorxulu rəqəm deyil. Əgər mühaibədə onlar da yer alacaqsa, Qarabağ ermənilərə yanaşı, onlar üçün də ölüm yeri olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.