Rumıniya və Bolqarıstan Şengen zonasına qəbul edilməyib

9-12-2022, 00:04           
Rumıniya və Bolqarıstan Şengen zonasına qəbul edilməyib
Avropa İttifaqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı dəstəkləməkdən imtina edib.
Bu barədə BTV telekanalı məlumat yayıb.

Məlumata görə, Aİ ölkələrinin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Niderland nümayəndələri isə əleyhinə səs verib.

Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.

Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev Şuranın qərarını şərh edərkən onu “siyasi” adlandırıb, ölkənin Şengen zonasına daxil olmaqla bağlı işi davam etdirməyə hazır olduğunu bildirib.

“Təqdim olunan hesabatlar açıq şəkildə göstərdi ki, Bolqarıstan və Rumıniya bütün Şengen meyarlarına cavab verir. Amma məsələ siyasi çalar aldı, 25 dövlət bizi dəstəklədi, lakin iki güc (Avstriya və Niderland – red.) öz xüsusi qərarını verdi”, - o deyib.

İ.Demerciyevin sözlərinə görə, hökumət bu məsələdə nikbindir, danışıqları davam etdirməyə və konstruktiv həll yollarına hazırdır.

Bolqarıstan və Rumıniyanın müraciətlərinə rədd cavabı verilməsini şərh edən Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Shinas tviter hesabında “problemin həlli üçün bir yol tapılmalıdır” deyə yazıb.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru