"İran islam dünyasını kürəyindən bıçaqladı"

28-05-2016, 01:41           

Sui-qəsd nəticəsində öldürülən Taliban lideri Molla Mansurun yerini ABŞ İran kəşfiyyatının vasitəsilə öyrənib.

Axar.az xəbər verir ki, bu sözləri Əfqanıstanın müxalif Hizbi İslam Partiyasının lideri Gülbəddin Hikmətyar deyib.

O bildirib ki, Mansurun harada olması ilə bağlı ABŞ və İran bir-birinə kəşfiyyat məlumatları ötürüb:

“Mansur İran sərhədi yaxınlığında ABŞ-ın hücumu nəticəsində öldürüldü. Sülh müzakirələrinin aparıldığı vaxtda bu terror hücumunu şiddətli şəkildə qınayırıq. Bunu İran tərəfindən həyata keçirilən xəyanət kimi qəbul edirəm. Mən doğulduğumdan bəri İran islam dünyasını kürəyindən bıçaqladı. Həmişə islam ölkələrinin mənafeyinə zidd hərəkətlər etdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru