Qırıcılar QARŞI – QARŞIYA – ABŞ və Çin arasında HƏRBİ GƏRGİNLİK

31-12-2022, 08:28           
Qırıcılar QARŞI – QARŞIYA –
ABŞ və Çin qırıcı təyyarələri qarşı-qarşıya gəliblər.

Teref.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri açıqlama yayıb.

Bildirilib ki, dekabrın 21-də Cənubi Çin dənizindəki beynəlxalq hava məkanında Çinə məxsus “J-11” hərbi təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” təyyarəsinə 6 metrə qədər yaxınlaşıb. ABŞ təyyarəsinin toqquşmamaq üçün manevr etmək məcburiyyətində qaldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 22-də Kambocada Çinin müdafiə naziri Vey Fenqe ilə görüşü zamanı Çin hərbi təyyarələrinin Hind-Sakit okean regionunda “gedərək təhlükəli hərəkətləri” ilə bağlı narahatlığını ifadə edib. //Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru