Çexlər Ukrayna üçün 3,7 milyon avro topladı

31-12-2022, 07:37           
Çexlər Ukrayna üçün 3,7 milyon avro topladı
Çexiya xalqı Ukraynaya bağışlanmaq üçün 15 mobil zenit kompleksinin alınması üçün lazımi vəsait toplayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Praqa Beynəlxalq Radiosu məlumat yayıb.

Bildirilib ki, iş adamı Dalibor Dedekin may ayında “Putinə hədiyyə” adı altında başlatdığı kampaniya çərçivəsində 3,7 milyon avro toplanıb.

Belə ki, yığılan pulla Ukrayna üçün 15 Çexiya istehsalı olan “Viktor” zenit kompleksi alınacaq.

Qeyd edək ki, Çexiya Müdafiə Nazirliyinin xüsusilə, pilotsuz uçuş aparatlarına (PUA) qarşı təsirli olan zenit silahlarının 2023-cü ilin fevral ayında Ukraynaya çatdırılması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru