ABŞ "F-35"lərin tədarükünü DAYANDIRDI

31-12-2022, 11:48           
ABŞ "F-35"lərin tədarükünü DAYANDIRDI
ABŞ-ın “Lockheed Martin” korporasiyası bu ay Texasda uçuş-enmə zolağında “F-35B” qəzasının səbəblərini araşdırarkən bu qırıcıların qəbul sınaqlarını və tədarükünü dayandırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü Laura Sibert jurnalistlərə bildirib.

Onun sözlərinə görə, korporasiya bu il müqavilələrdə nəzərdə tutulan 148 ədəd “F-35″dən az tədarük edib.

“Dekabrın 15-də “F-35B” qəzasından əvvəl biz çatdırılma üzrə öhdəliklərimizi yerinə yetirirdik. Lakin tədarüklərdəki fasiləni nəzərə alaraq, bu il 141 qırıcı təhvil verdik”, – o deyib.

Qeyd olunub ki, “Lockheed Martin” Texasdakı qərargahında yeni döyüş təyyarələri istehsal etməyə davam edir. Beləliklə, doqquz yeni qırıcı qəbul testlərini gözləyir.

Məlumata görə, korporasiya bu il dünya üzrə 894 ədəd “F-35” tədarük edib. Son müqaviləyə əsasən qırıcı təyyarələri alacaq ölkələr sırasına Avstraliya, Böyük Britaniya, Danimarka, İsrail, İtaliya, Hollandiya, Norveç və Yaponiya daxildir.

İqbal Rzayev,












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru