Zelenskidən bayram təbriki: “Qələbə ilimiz mübarək!” – FOTO

1-01-2023, 10:48           
Zelenskidən bayram təbriki:
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə sakinlərini Yeni il münasibətilə təbrik edib.

O, təbrik mesajını sosial şəbəkə səhifəsində paylaşıb.

“Bu gün möcüzələr arzulayaq? Ukraynalılar onları çoxdan yaradırlar. Əsl dostlar arzulayaq? Biz onların kim olduğunu artıq dəqiqliklə öyrəndik. Səmimi sevgi arzulayaq? Bu il biz bunu həmişəkindən daha güclü hiss etdik. İnam və ümid arzulayaq? Hər ikisi də çoxdandır Ukrayna Silahlı Qüvvələrindədir. Evdə rahatlıq arzulayaq? Bu, bizim və yaxınlarımızın olduğu yerdədir. İşıq arzulayaq? O, elektrik olmayanda belə, hər birimizin daxilindədir. Sərgüzəştlər və səyahətlər arzulayaq? İndi Ukraynalıların payına onlardan həddən artıq çox düşüb. Ona görə də bu gün yalnız bir arzu var. Və o, möcüzə ilə deyil, bizim fəaliyyətimiz, mübarizəmiz, qarşılıqlı yardım və insanlıqla gerçəkləşəcək. Yeni iliniz mübarək! Qələbə ilimiz mübarək!”, - Zelenski yazıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru