İsrail Suriyanın paytaxtın cənubundakı ərazilərə hücum etdi
2-01-2023, 09:38
İsrail Dəməşqin cənubundakı ərazilərə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildiriblər ki, zərbə paytaxt hava limanına endirilib.
Nəticədə iki Suriya əsgəri həlak olub, hava limanına ziyan dəyib. Bundan əvvəl Suriyanın SANA xəbər agentliyi paytaxt üzərində səmada partlayışlar olduğunu bildirmişdi.