Braziliya Rusiya ilə birliyi gücləndirmək istəyir

2-01-2023, 10:07           
Braziliya Rusiya ilə birliyi gücləndirmək istəyir
BRİKS-i gücləndirməliyik.

Axar.az xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.

“Bizim əsas rolumuz Mercosur (Cənub Ortaq Bazarı - red.) çərçivəsində Cənubi Amerika inteqrasiyasının bərpası ilə Unasurun (Beynəlxalq Cənubi Amerika Birliyi - red.) dirçəldilməsidir. Bu əsasda biz ABŞ, AB, Çin, Şərq ölkələri və digər dünya oyunçuları ilə fəal dialoq qura, BRİKS-i gücləndirə, Afrika ölkələri ilə əməkdaşlığı inkişaf etdirə biləcəyik”, - Silva vurğulayıb.

Qeyd edək ki, BRİKS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Braziliya, Rusiya, Hindistan, Çin və CAR qrupun üzvləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru