Almaniya maliyyə naziri: “Enerji xərcləri yüksək olaraq qalacaq”

3-01-2023, 10:44           
Almaniya maliyyə naziri: “Enerji xərcləri yüksək olaraq qalacaq”
“Enerji xərcləri yüksək olaraq qalacaq”.

Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Mayeləşdirilmiş qaz logistik səbəblərə görə Rusiya boru kəməri qazından bahadır. Qiymət səviyyəsi Rusiyadan tədarüklə müqayisədə yüksək olaraq qalacaq, lakin dağıdıcı olmayacaq” – nazir bildirib.

K. Lindner həmçinin ölkədə şist qazının hasilatına qoyulan qadağanı aradan qaldırmağa çağırıb.

O qeyd edib ki, Almaniya öz neft və qaz ehtiyatlarından istifadə etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru