Almaniya Rusiyadan qaz, neft və kömür almağı DAYANDIRDI - FOTO

4-01-2023, 00:05           
Almaniya Rusiyadan qaz, neft və kömür almağı DAYANDIRDI - FOTO
2023-cü il yanvarın 1-dən Almaniya Rusiya neftinin tədarükündən tamamilə imtina edərək müstəqil oldu. Bundan əvvəl ölkə Rusiya qazı və kömüründən istifadə etməkdən imtina edib.

Bu barədə Publika.az Almaniya Federal Hökumətinin rəsmi "Facebook" səhifəsinə istinadla məlumat verir.

“2023-cü il yanvarın 1-dən Almaniya Rusiya neftini boru kəməri ilə qəbul etməyəcək - iqlim və böhran enerji təchizatı yolunda daha bir mühüm addım!”, - mesajda deyilir.

Almaniya hökuməti onu da qeyd edir ki, əvvəllər Almaniyaya bütün qaz idxalının 55%-i, kömür idxalının 50%-i, neft idxalının 35%-i Rusiyadan gəlirdi.

Xatırladaq ki, Almaniya Qətərdən qazın alınması ilə bağlı ilk uzunmüddətli müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru