ÜST Uqandada ebola epidemiyasının bitdiyini elan edə bilər

5-01-2023, 09:38           
ÜST Uqandada ebola epidemiyasının bitdiyini elan edə bilər
Noyabrın 27-dən indiyədək ebola virusuna yoluxma halı aşkarlanmayıb

Uqandada ebola epidemiyası yanvarın 11-ə kimi başa çata bilər. AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

"Uqandada noyabrın 27-dən indiyədək ebola virusuna yoluxma halı aşkarlanmayıb. Vəziyyət dəyişməsə, epidemiya yanvarın 11-ə kimi başa çatacaq", - ÜST rəhbəri deyib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrın 20-də Uqandada ebola epidemiyası başlayandan indiyədək bu virusdan 56 nəfər ölüb, 142 nəfər isə yoluxub. ÜST-nin təsdiq etdiyi təlimatlara əsasən, sonuncu xəstə sağaldıqdan sonra 42 gün ərzində orada yeni hallar qeydə alınmasa, ebola epidemiyası olmayan ərazi hesab olunur.

Ebola virusu vəhşi heyvanlardan ötürülür və sonra insanlara keçir. Xəstəliyin ilk əlamətləri qızdırma, əzələ, baş və boğaz ağrılarıdır. Bunun ardınca böyrək və qaraciyərin funksiyalarının pozulması baş verir, bəzi hallarda daxili və xarici qanaxmalar başlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru