Serbiya xüsusi təyinatlılarının sayını üç dəfə artırır

5-01-2023, 12:58           
Serbiya xüsusi təyinatlılarının sayını üç dəfə artırır
Serbiya ordusunun xüsusi təyinatlılarının sayı üç dəfə artırılacaq.

Bunu Prezident Aleksandar Vuçiç bildirib.

“2023-cü ilin əsas vəzifəsi Serbiya ordusunun xüsusi bölmələrinin 1,6 min döyüşçüsü sayının 5 minə çatdırılması olacaq”, - deyə Serbiya lideri vurğulayıb.

Onun sözlərinə görə, komandoların məvacibləri “çox böyük olacaq”. Xüsusilə, əsas əmək haqqı iki min avrodan çox olacaq, gecə növbələri və vəzifə üçün əlavə ödənişlər də təmin ediləcək.

Qeyd edək ki, müvafiq qərar tanınmamış Kosovoda vəziyyətin gərginləşməsi fonunda verilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru