Niderlandda ölüm halları doğuş sayını üstələyib

5-01-2023, 12:29           
Niderlandda ölüm halları doğuş sayını üstələyib
Niderlandda 1900-cü ildən bəri ilk dəfə ölüm halları doğumları üstələyib.

Müvafiq məlumatı çərşənbə günü Niderlandın Mərkəzi Statistika İdarəsi dərc edib.

Təşkilatın məlumatına görə, 2022-ci ildə ölkədə 168 min uşaq doğulub, 169 min insan isə dünyasını dəyişib.

Büronun analitiki Dik ter Steyge vurğulayıb ki, oxşar vəziyyət yalnız 1900-cü ildə qeydə alınıb.

Belə vəziyyət qismən daha çox insanın koronavirus səbəbiylə ölməsi ilə bağlı ola bilər, lakin ekspertlər hər şeydə pandemiyanı günahlandırmamağa çağırırlar.

“Uzun illərdir ki, doğum nisbəti azalır, ölüm nisbəti isə yüksəlir”, - deyə ter Steyge bildirib.

Statistika idarəsi qeyd edib ki, ölüm hallarının doğumları üstələməsinə baxmayaraq, Niderland əhalisi artmaqda davam edir. Bunun səbəbi isə miqrasiyadır. Hazırda ölkədə 17,8 milyon insan yaşayır. 2022-ci ildə ölkə əhalisi 227 min nəfər artıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru