İsraildə sinaqoq yaxınlığında terror törədənin kimliyi məlum olub - YENİLƏNİB - VİDEO 28-01-2023, 08:44 Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxs HƏMAS-ın üzvü olub.Terrorçu Fadi Ayeş Yerusəlimin Neve Yaakov məhəlləsində ibadətdən sonra sinaqoqdan çıxan insanlara atəş açıb.Daha sonra terrorçu avtomobilinə minərək hadisə yerindən qaçıb. Polis terrorçunu zərərsizləşdirib.Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.23:27Yerusəlimdə terror aktı törədilib.Hadisə Neve Yaakov məhəlləsində baş verib. Nəticədə 8 nəfər ölüb, 10 nəfər yaralanıb.Terrorçu təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.Hücumun sinaqoqda və ya onun yaxınlığında baş verdiyi bildirilir. Facebook-da paylaş