"2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq" -

29-01-2023, 00:10           
"2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq" -
ABŞ hərbi hava qüvvələrinin generalı Mayk Minihan xidməti qeydində Birləşmiş Ştatların 2025-ci ildə Çinlə müharibəyə başlayacağını yazıb və tabeliyində olanları müharibəyə hazırlaşmağa çağırıb.

AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, ABŞ hərbi hava qüvvələrinin Nəqliyyat Komandanlığının nümayəndələrindən biri xidməti qeydin həqiqiliyini təsdiqləyib.

Generalın fikrincə, Çinin hakimiyyət orqanları Tayvana nəzarət etmək üçün 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edə bilər.

Pekin adanı öz ərazisi hesab etsə də, Tayvanı 1949-cu ildən müstəqil siyasət aparır. 2022-ci ilin avqustunda Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfərindən sonra regionda vəziyyət gərginləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru