Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib

30-01-2023, 11:24           
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
Çinin Yaponiyadakı səfirliyi və konsulluğu yaponlara vizaların verilməsini bərpa edib.

Bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.

“Bu gündən etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səfər edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir”, - deyə məlumatda vurğulanıb.

Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat yayıb. Bu, rəsmi Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl edilən COVID-19 üçün mənfi test sertifikatı təqdim etməyi və gəldikdən sonra PCR testi verməyi əmr etdikdən sonra baş verib.

Yaponiya hakimiyyəti bu tədbirləri dekabr ayında Çində koronavirusun yayılmasından sonra tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru