Belçika daha bir nüvə reaktorunu bağlayır

1-02-2023, 11:17           
Belçika daha bir nüvə reaktorunu bağlayır
Avropada enerji böhranına baxmayaraq Belçikada “Tihange 2” nüvə reaktoru 40 illik istismardan sonra bu gün həmişəlik fəaliyyətini dayandıracaq.

Belçikada keçmiş hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbi ilə bağlanacaq “Tihange” Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan “Tihange 2” reaktoru illik 1055 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik olub.

Ölkədə cəmi 7 reaktor işləyib. Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyib.

Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını Rusiya-Ukrayna müharibəsindən əvvəl hazırlayıb.

Keçmiş hökumətlərin qərarlarına uyğun olaraq, “Doel 3” rektoru ötən ilin sentyabrında bağlanıb.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru