Putini şikayət etdi, üç il həbs cəzası aldı – Rusiyada tragikomik hadisə

1-02-2023, 18:22           
Putini şikayət etdi, üç il həbs cəzası aldı –
Rusiya Federasiyasında Vladimir Putinin əleyhinə prokurorluğa şikayət ərizəsi yazan vətəndaş həbs edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın “Meduza” kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Amur vilayətindən olan Vladislav Nikitenko Rusiya Federasiyası İstintaq Komitəsinin və Prokurorluğunun bütün regional idarələrinə Vladimir Putinlə bağlı şikayət məktubu ünvanlayıb. O, V.Putini müharibəyə başlamaqda ittiham edib.

Bundan sonra Rusiya rəsmiləri fəalı Rusiya ordusunu “diskreditasiya etməkdə” ittiham edərək, əvvəlcə ev dustaqlığına, sonra isə istintaq təcridxanasına göndəriblər.

V. Nikitenkonun 3 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru