Kanadada 155 min məmur tətilə başlayıb

20-04-2023, 12:54           
Kanadada 155 min məmur tətilə başlayıb
Kanadada federal dövlət idarələrində çalışan 155 min məmur tətilə başlayıb.

Kanadada ictimai səlahiyyətli həmkarlar ittifaqlarının əsas təşkilatı Dövlət Xidmətləri Assosiasiyasının (PSAC) üzvləri hökumət və həmkarlar ittifaqı arasında aparılan danışıqlarda razılığa gələ bilmədiklərini əsas gətirirlər.

Ölkə daxilində 250-dən çox tətil xətti quracaqlarını deyən etirazçılar əsas məsələlər həll olunana qədər ittifaqın tətilə davam edəcəyini bildiriblər.
Dövlət məmurlarının tətili xüsusən də vergi idarələrini və pasportların işlənməsi də daxil olmaqla, 23 müxtəlif federal dövlət xidmətlərini dayandıracaq.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru