İsrailin Müdafiə naziri: “Növbəti müharibəmiz böyük olacaq”

21-04-2023, 12:09           
İsrailin Müdafiə naziri:
İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, ölkəsi üçün “məhdud müharibə dövrü” başa çatır.

“Növbəti müharibədə biz bütün cəbhələrdə - şimalda, cənubda və Fələstində düşmənlərin birgə səyləri ilə qarşılaşmalı olacağıq. Onları birləşdirən qüvvə isə güclənən və inamını artıran İrandır”, - deyə o vurğulayıb.

Müdafiə nazirinin sözlərinə görə, “Hizbullah”, “Həmas” və “İslami Cihad”ın İrandan aldıqları maliyyənin məbləğini müvafiq olaraq 700 milyon, 100 milyon və on milyonlarla dollardır.

“Bu məbləğlər İranın Suriyanın Bəşər Əsəd rejiminin gücləndirilməsinə yatırdığı sərmayə ilə müqayisədə xeyli azdır. Burada söhbət milyardlarla dollardan gedir”, - Qalant əlavə edib.
Müdafiə naziri “Suriyanın ikinci Livan olmasına icazə verməyəcəyik” desə də, bunun necə əldə ediləcəyini açıqlamayıb.

Mənbə: news.israelinfo.co.il












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru