Fransada etirazçılar dəmiryol stansiyasına hücum çəkdilər: “Makron istəməsə də…”

21-04-2023, 12:14           
Fransada etirazçılar dəmiryol stansiyasına hücum çəkdilər: “Makron istəməsə də…”
Fransada pensiya islahatının əleyhdarları dəmiryol stansiyalarına basqın ediblər.

Etirazçılar paytaxt Parisdə dəmiryolu stansiyalarını bağlamağa başlayıblar.

Çox sayda nümayişçinin həmkarlar ittifaqı pankartları ilə Parisdəki Gare du Nord dəmir yolu stansiya binasına hücum etdikləri barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Nümayişçilər bir ağızdan “İşçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün Makron istəməsə də, buradayıq”, - deyə şüar səsləndiriblər.
Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Qanun layihəsini Fransa Prezidenti Emmanuel Makron imzalayıb.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru