Yaponiya parlamentində “kütləvi qırğın” ola bilər

21-04-2023, 10:58           
Yaponiya parlamentində “kütləvi qırğın” ola bilər
Yaponiya parlamentinin yuxarı palatasına kütləvi qırğın təhdidinin yer aldığı elektron məktub daxil olub.

Məktubu ictimaiyyətlə əlaqələr şöbəsi alıb.

Məktubda parlamentin aşağı və yuxarı palatalarının salonlarında “çoxlu sayda yüksək təsirli bomba və zarin qazı generatorunun quraşdırıldığı” və aprelin 21-də saat 13:34-də (yerli vaxtla) qırğın olacağı bildirilib.

Qeyd olunur ki, məktub müəllifləri adı açıqlanmayan dini qruplaşmaya mənsub olduqlarını bəyan ediblər, həmçinin yalnız “terrorun ölkəni dəyişə biləcəyini” vurğulayıblar.
Artıq polis binada axtarış aparıb. Digər təfərrüatlar açıqlanmayıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru