"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri İnara Murnieçe Ramşteynin iclasında bildirib.
"Biz onların mümkün qədər tez təhvil verilməsi üçün əlimizdən gələni edəcəyik. Bu, təkcə Ukraynanın azadlığı üçün deyil, eləcə də Latviyanın təhlükəsizliyi üçündür”, - müdafiə naziri deyib.
O qeyd edib ki, bu, Latviyanın portativ hava hücumundan müdafiə sistemlərindən tamamilə məhrum olacağı anlamına gəlmir.
“Əvəzində biz daha müasir RBS sistemlərinə sahib olacağıq ki, onların trayektoriyası hətta atışdan sonra da dəyişdirilə bilər”, - Murnieçe əlavə edib.