“Çin ABŞ hərbi peyklərini nəzarətə almaq üçün kibersilahlar hazırlayır” - “Financial Times”:

22-04-2023, 08:15           
“Çin ABŞ hərbi peyklərini nəzarətə almaq üçün kibersilahlar hazırlayır” - “Financial Times”:
Çin Tayvanla potensial müharibə şəraitində düşmən peyklərinə “nəzarəti ələ keçirmək” üçün kibersilahlar üzərində işləməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

ABŞ kəşfiyyatının məlumatına görə, Pekin öz ordusunun qarşısına Rusiyanın hazırda Ukraynada etdiyindən qat-qat artıq vəzifələr qoyub. Belə ki, çinlilər düşmən peyklərinin idarəetmə siqnallarını təqlid etməyi öyrənmək istəyirlər ki, onları nəzarət altına almaq və ya döyüşün kritik anlarında onları sıradan çıxarmaq mümkün olsun: “ABŞ hərbi rəsmiləri Çinin hərbi kosmik texnologiyanın, o cümlədən peyk rabitəsinin inkişafında önəmli irəliləyiş əldə etdiyi barədə xəbərdarlıq ediblər”.

Tayvanın da Ukrayna ordusu üçün peyk rabitəsinin vacibliyinə diqqət çəkdiyi də məlumdur. Taybey indi də Çinin hücumuna tab gətirə biləcək kommunikasiya infrastrukturu qurmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru