Çinin Mərkəzi Bankı qızıl ehtiyatlarını artırır

22-04-2023, 11:55           
Çinin Mərkəzi Bankı qızıl ehtiyatlarını artırır
Çinin Mərkəzi Bankı son beş ayda qızıl ehtiyatlarını artırır, eyni zamanda ABŞ istiqrazlarını azaldır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin Dövlət Valyuta Təşkilatının açıqladığı məlumatlara əsasən, 2019-cu ilin sentyabrından 2022-ci ilin oktyabrına qədər Çinin qızıl ehtiyatları dəyişməz qalıb. Eyni zamanda, 2022-ci ilin noyabrından bu ilin martına qədər Çin 3,86 milyon unsiya (təxminən 120 ton) qızıl alıb.

Hazırda Çin qızıl ehtiyatlarına görə dünyada altıncı yerdədir. Çin eyni zamanda ABŞ dövlət istiqrazlarını satır.

2023-cü ilin yanvar ayının sonuna Pekinin 859,4 milyard dollarlıq ABŞ istiqrazları var.

Qeyd olunub ki, hakimiyyət ABŞ dolları ilə qlobal ödəniş sistemindən xaric olunmasından ehtiyat etdiyi üçün belə addımlar atır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru