Ukrayna Prezidenti Rusiyanın siyasi partiyalarına qarşı sanksiya tətbiq edib

23-04-2023, 11:01           
Ukrayna Prezidenti Rusiyanın siyasi partiyalarına qarşı sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bir sıra siyasi partiyalarına və Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edib.

Müvafiq sərəncam Ukrayna dövlət başçısının saytında dərc olunub.

Belə ki, siyahıya Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası, “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə Partiyası” və “Yeni İnsanlar Partiyası” daxildir.
Sənədə əsasən, sanksiyaya məruz qalan partiyaların və seçki komissiyasının aktivləri 10 il müddətinə bloklanacaq, ticarət əməliyyatları məhdudlaşdırılacaq və onların qiymətli kağızlarla əməliyyatlarına tam və ya qismən qadağa qoyulacaq.

Mənbə: President.gov.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru