Sabiq prezidenti 20 il həbs gözləyir

24-04-2023, 09:14           
Sabiq prezidenti 20 il həbs gözləyir
Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan Peruya qayıdıb.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, o, korrupsiya ittihamı ilə həbs olunan üçüncü dövlət başçısı olacaq.

77 yaşlı Toledo cəzasını keçmiş prezidentlər Alberto Fuximori və Pedro Kastilonun da olduğu paytaxt Limanın kənarındakı polis bazasında çəkəcək.

2001-2006-cı illərdə ölkə prezidenti olmuş A. Toledo ekstradisiya olunmaq üçün Cümə günü təslim olub.

Peru hakimiyyəti Toledonu Braziliyanın "Odebrecht" tikinti şirkətindən magistral yolun tikintisi üçün tenderdə qalib gəlmək müqabilində 35 milyon dollar rüşvət almaqda ittiham edir.

Sabiq dövlət başçısı onu çirkli pulların yuyulmasında və sui-qəsddə ittiham edən prokurorların korrupsiya ittihamlarını rədd edir. Onlar 20 il həbs cəzası istəyiblər.

Ekstradisiya prosesi 2018-ci ildə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru