Kiyevə verilən “MiQ-29” qırıcılarının bəziləri ehtiyat hissələri üçün sökülür

24-04-2023, 08:38           
Kiyevə verilən “MiQ-29” qırıcılarının bəziləri ehtiyat hissələri üçün sökülür
Polşa və Slovakiyanın bu yaxınlarda Ukraynaya təhvil verdiyi MiQ-29 qırıcılarının bəziləri uçmaq üçün yararlı deyil. “Report” xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.

Qeyd olunub ki, Polşa və Slovakiya son həftələr ərzində Ukraynaya təxminən səkkiz “MiQ-29” qırıcısı təhvil verib. Belə ki, bu qırıcıların çoxunun uçuş üçün yararlı olmadığı məlum olub. Nəticədə təyyarələr ehtiyat hissələri mənbəyi kimi istifadə olunur.

Bundan əlavə, bəzi təcrübəli ukraynalı hərbi pilotlar hakimiyyətin “F-16” qırıcıları əldə etmək cəhdlərinə şübhə ilə yanaşdıqları bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru