Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq

24-04-2023, 11:25           
Zimbabve qızılla dəstəklənən rəqəmsal valyuta buraxacaq
Zimbabve Ehtiyat Bankı ölkədə qızılla dəstəklənən yeni rəqəmsal valyuta təqdim etmək niyyətindədir.

Bu barədə maliyyyə-kredit təşkilatının rəhbəri Con Manqudia məlumat verib.

O qeyd edib ki, rəqəmsal valyutanın tətbiqi ölkənin mərkəzi bankının milli valyutanı sabitləşdirmək üçün həyata keçirdiyi müdaxilə növlərindən biridir.
Bildirilir ki, yeni rəqəmsal valyutaya, ilk növbədə, kiçik bank əmanətçiləri arasında tələbat olacaq. Onlar öz vəsaitlərini bu alətə köçürə və bununla da Zimbabve dollarının zəifləməsi şəklində qiymət risklərinin təsirini kompensasiya edə biləcəklər.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru