Bu ölkə İraq və Suriyadan çəkilir

24-04-2023, 12:16           
Bu ölkə İraq və Suriyadan çəkilir
Danimarka Müdafiə Nazirliyi bütün əsgərlərini və hərbi müşavirlərini İraq və Suriyadan geri çəkməyə qərar verib.

Musavat.com xəbər verir ki, Ərbil mərkəzli "Rudaw" xəbər agentliyinin məlumatına görə, İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyasının tərkibində İraq və Suriyada əsgərləri olan Danimarka bu qərarı "ölkə sərhədlərinə yaxın təhdidlərlə mübarizə" məqsədilə verdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada İraq və Suriyada İŞİD üzvlərinin sayının azaldığı qeyd olunub: “Bizim töhfəmizə artıq eyni dərəcədə ehtiyac yoxdur”.

Danimarka Müdafiə Nazirliyinin bəyanatında “qabaqcıl təhdidlərə” diqqət çəkilib: “Yaxın çevrəmizdə gördüyümüz təhdidlərə qarşı mübarizə aparmaq üçün döyüş gücümüzü yenidən qurmalıyıq”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayından İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyasına üzv olan Danimarkanın İraq və Suriyada 300 əsgəri və hərbi məsləhətçisi var idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru