Şimal dənizi dünyanın ən böyük külək elektrostansiyasına çevriləcək

25-04-2023, 12:44           
Şimal dənizi dünyanın ən böyük külək elektrostansiyasına çevriləcək
Belçika beynəlxalq tərəfdaşlarla birlikdə Avropanın energetikasını daha da yaşıllaşdırmaq və daha müstəqil etmək üçün Şimal dənizini ən böyük külək elektrostansiyasına çevirmək niyyətindədir.

Bunu bazar ertəsi Ostend limanında Şimal dənizinin 9 dövlət başçılarının sammitinə gələrkən Belçikanın baş naziri Aleksandr De Kroo deyib.

O vurğulayıb ki, sammit iştirakçıları Şimal dənizində yeni külək stansiyaları yerləşdirmək və regionda ümumi külək istehsalının həcmini indiki 25 GVt-dan “2030-cu ilə qədər 120 GVt-a, 2050-ci ilə qədər isə 300 GVt-a qədər” artırmaq niyyətindədirlər. O, bunun üçün nə qədər investisiya tələb olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Sammitdə Fransa, Almaniya, Belçika, Lüksemburq, Niderland, Danimarka, İrlandiya, Böyük Britaniya və Norveç liderləri, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru