Aİ Moldovaya 40 milyon avro ayıracaq

26-04-2023, 09:08           
Aİ Moldovaya 40 milyon avro ayıracaq
Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurası Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqləyib.
Teref.az "Report"a istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku keçirdiyi mətbuat konfransında deyib.
"Avropa Sülh Fondundan 40 milyon avro yardım göstəriləcək. Aİ-nin davamlı dəstəyinə görə minnətdarlığımı bildirdim və ölkənin Avropa Birliyinə daxil olması üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım", - Popesku deyib.
Moldova artıq ötən il Avropa Sülh Fondundan ölkənin silahlı qüvvələrinə və təhlükəsizlik qüvvələrinə dəstək üçün 40 milyon avroya yaxın vəsait alıb.
Vəsaitlərin bir hissəsi haker hücumlarından qorunmaq üçün hərbi maşınların, mühəndis avadanlıqlarının, rabitə vasitələrinin və proqram təminatının alınması üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru