Yaponiyada ən gənc mer seçildi

26-04-2023, 11:18           
Yaponiyada ən gənc mer seçildi
26 yaşı tamam olan Ryosuke Takaşima Yaponiya tarixində ən gənc mer oldu. Keçən il o, Harvard Universitetini ekologiya mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə bitirib.

Mayın 1-dən Takaşima Hyoqo prefekturasının Aşiya şəhərinin meri vəzifəsini icra edəcək.

“Gənc olduğum üçün şəhərlilərin məni özlərinə daha yaxın hiss etmələri ehtimalı var. Siyasətdə heç bir təcrübəm olmadığı üçün başa düşmədiklərimi soruşa, fərqli şeylər öyrənə bilirəm və bunu öz işlərimdə əks etdirmək istəyirəm”, - o jurnalistlərə bildirib.

Qeyd edək ki, Yaponiyada məmurlar arasında öncəki gənclik rekordu 1994-cü ildə 27 yaşında mer seçilən Kotaro Şişidaya məxsus idi.

Mənbə: octagon.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru