ABŞ Ukraynaya energetika sektoru üçün yeni avadanlıqlar göndərəcək

27-04-2023, 09:04           
ABŞ Ukraynaya energetika sektoru üçün yeni avadanlıqlar göndərəcək
Ukrayna tezliklə ABŞ Energetika Nazirliyindən energetika sektoru üçün avadanlıqların doqquzuncu partiyasını alacaq.

Bu barədə ABŞ-ın energetika naziri Cennifer Qrenholm ölkə Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

“ABŞ müəssisələri tərəfindən bizə verilən və ya onlardan aldığımız avadanlıqlarla dolu doqquzuncu təyyarəni göndərməyə hazırlaşırıq. Bundan əlavə, Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ilə birlikdə Ukraynada radiasiya aktivliyini qeydə almaq üçün sensorlar quraşdırmışıq və Ukraynadakı insanların radiasiya ilə bağlı vəziyyətlərdə nə etməli olduqlarına dair təlimlər keçirik”, - o deyib.

Nazir qeyd edib ki, Ukraynada gələcək enerji şəbəkəsinin işlənib hazırlanması da qurumun diqqət mərkəzindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru